AZ

Fon der Lyayen küncə sıxışdırıldı: Almaniyanın biznes elitası Avropa Komissiyasına təzyiq göstərir

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Almaniyanın aparıcı şirkət rəhbərləri ilə keçirilən son görüşdə ciddi təzyiqlə üzləşib. Alman biznes elitası Avropa İttifaqının iqtisadi siyasətində dəyişiklik olunmasını tələb edərək, fon der Lyayeni, faktiki olaraq, küncə sıxışdırıb.

Oxu.Az bu barədə Almaniyanın "Bild" qəzetinə istinadla xəbər verir.

Görüşdə "Lufthansa", "E.on", "Uniper", "Henkel", "Evonik", "Thyssenkrupp", DHL, "Rheinmetall", "Hochtief", "Rewe" və "Covestro" kimi iri sənaye və ticarət şirkətlərinin rəhbərləri iştirak ediblər.

Biznes liderlərinin narazılığına əsas səbəb ABŞ tərəfindən tətbiq edilən gömrük rüsumları olub. Bundan əlavə, onlar Aİ-nin iqlim siyasətindən narahatlıqlarını ifadə ediblər. Şirkət rəhbərlərinin fikrincə, bu siyasət Avropa istehsalçıları üçün digər bölgələrlə müqayisədə qeyri-mütənasib yük yaradır.

Görüşdə xüsusi vurğulanan məsələ isə "bürokratiyanın artması" olub. İştirakçılar qeyd ediblər ki, tənzimləyici tələblərin getdikcə sərtləşməsi əməliyyat xərclərini artırır və Avropa şirkətlərinin rəqabət qabiliyyətini azaldır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
50
oxu.az

10Mənbələr