EN

Direktor yük maşınının altında qalıb öldü - Hadisənin TƏFƏRRÜATI

Ordubad rayonunun Nürgüt kəndindən təxminən 2 kilometr aralıda yol-nəqliyyat hadisəsi baş verib.

 

Hadisə zamanı avtomobil dərəyə aşıb. Nəticədə, nəqliyyat vasitəsinin sahibi, 40 yaşlı Adim Yusibov dünyasını dəyişib.

 

Məlumata görə, mərhum üç ildir ki, Ordubad rayonunun Ələhi kənd orta məktəbinin direktoru vəzifəsində çalışırdı.

 

Hadisənin təfərrüatı barədə kənd sakini bildirib:

 

"Səhər tezdən otları maşına yığmağa gedib. Yəqin ki, əl əyləcini çəkməyi unudub, maşın arxaya yuvarlanıb. Həmin an o, maşının üst kuzovunda olub. Özünü yerə atmayıb. Bir qədər hərəkətdən sonra maşın aşıb. Bu zaman ayağından və başından ağır xəsarət alaraq həyatını itirib".

 

Qeyd edək ki, qəzada həlak olan Adim Yusibov Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın bibisi oğludur.

 

Chosen
13
3
sfera.az

10Sources