EN

Rusiya Kiyevdə hava limanını vurdu

BAKI, 3 iyul. TELEQRAF

Kiyev hava limanıRusiyaya məxsus pilotsuz təyyarələr tərəfindən vurulub.

Teleqraf xəbər verir ki, bu barədə "RusVesna"Telegram kanalında məlumat verilib .

Jurnalistlərin fikrincə, Rusiya Kiyev hava limanında yerləşdirilən “Patriot” zenit-raket kompleksi hədəf alıb.

İyulun 2-də Rusiya Müdafiə Nazirliyi bildirib ki, Rusiya qoşunları son 24 saat ərzində Ukraynanın əsas müdafiə infrastruktur obyektlərinə zərbələr endiriblər. Məqsəd pilotsuz təyyarələrin yığılması zavodları, onların saxlanması üçün anbarlar və Ukrayna hərbi-sənaye kompleksinin müəssisələrini sıradan çıxarmaqdır.

Chosen
36
1
teleqraf.com

2Sources