Rusiya Müdafiə Nazirliyi Ukraynanın Kiyev vilayətindəki hərbi sənaye obyektlərinə yüksək dəqiqlikli silahlar və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endiriblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı Rusiya KİV məlumat yayıb.
"Rusiya Silahlı Qüvvələri yüksək dəqiqliyə malik silahlar və PUA-lardan istifadə etməklə gecə saatlarında Ukraynanın Kiyev vilayətindəki hərbi-sənaye obyektlərinə, hərbi aerodrom infrastrukturuna, mina anbarlarına hücuma keçib. Bütün hədəflər uğurla vurulub", - Rusiya MN-in açıqlamasında bildirilib.