EN

Rusiya Ukraynaya kütləvi hava zərbəsi endirib: Kiyevdə çoxsaylı dağıntılar var

Ötən gecə prezidentlər Vladimir Putin və Donald Trampın telefon danışığından bir neçə saat sonra Rusiya raket və pilotsuz təyyarələrlə Ukraynaya kütləvi hücuma həyata keçirib.

Musavat.com unian-a istinadən xəbər verir ki, əsas zərbə Kiyevə və Kiyev bölgəsinə dəyib. Bir çox ərazilərdə yanğınlar baş verib, insan tələfatı var.

Belə ki, Kiyev hərbi dairəsinin sədri Timur Tkaçenko ilkin olaraq 25-57 yaş arası kişi və qadınların da olduğu yeddi qurbanın müxtəlif dərəcəli xəsarətlər aldığını bildirib.
Lakin tezliklə paytaxtın meri Vitali Kliçko düşmənin hücumu nəticəsində 14 qurbanın olduğunu deyib. Onlardan 12 nəfəri həkimlər tərəfindən xəstəxanaya yerləşdirilib, 2 nəfərə yerindəcə kömək göstərilib.

Dağıntılar Kiyevin bir çox ərazilərində də qeydə alınıb.

Xatırladaq ki, Putinlə danışandan sonra ABŞ prezidenti Ukrayna məsələsində proqressin olmadığını deyərək, bundan narazı qaldığını bildirmişdi. Bundan əlavə, o, Ukraynaya artıq razılaşdırılmış silahların verilməsinin dayandırılmasını da şərh edib. Onun sözlərinə görə, Vaşinqton Kiyevi silahla təmin etməkdə davam edir.

O, jurnalistlərə açıqlamasında "Biz Ukraynaya silah veririk. Onlarla işləyirik, onlara kömək etməyə çalışırıq. Bayden onlara silah verməklə ölkəmizi viran qoyub" deyib.
Onun sözlərinə görə, Amerika “özü üçün kifayət qədər ehtiyatının olduğundan əmin olmalıdır”.

Musavat.com

Chosen
24
29
musavat.com

10Sources