“Arsenal”ın sabiq futbolçusu Aaron Remzi karyerasını Meksikada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, uelsli yarımmüdafiəçi “Pumas”la anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 34 yaşlı futbolçu ilə müqavilənin detalları açıqlanmayıb.
Remzinin karyerasının böyük hissəsi “Arsenal”la bağlıdır. O, “topçular”ın heyətində 369 oyunda 64 qol vurub, 60 məhsuldar ötürmə edib.