Portuqaliyanın “Sportinq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Lissabon təmsilçisi “Levante”dən Giorgi Koçoraşvilini transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
“Sportinq” Koçoraşvili üçün 5,5 milyon avro ödəyib.
Yarımmüdafiəçi Gürcüstan milli komandasının da üzvüdür.