EN

Ən çox qazanan müğənnilər

“Forbes Türkiyə” jurnalı Türkiyənin konsertlərdən ən çox qazanan müğənnilərinin siyahısını açıqlayıb.

 

Sfera.az  xəbər verir ki, siyahıda birinci yerdə Cem Adrian qərarlaşıb.

 

Belə ki, o, 6 milyon avro olan illik gəlirini 8 milyon avroya çıxarıb.

 

İkinci sırada yer alan Hakan Altun gəlirini 3 dəfə artıraraq 7,5 milyon avro qazanıb.

 

Üçüncü sırada yer alan Yalın isə təxminən 7 milyon avro qazanıb.

 

Meqastar Tarkan bu il siyahıda yer almayıb. Səbəbi isə Tarkanın 2024-cü ildə biletli konsert verməməsi olub.

 

Sıla, Serdar Ortaç, Kenan Doğulu, Gülşen, Hadise kimi pop ulduzların gəlirləri isə aşağı düşüb.

Chosen
7
6
sfera.az

7Sources