“Forbes Türkiyə” jurnalı Türkiyənin konsertlərdən ən çox qazanan müğənnilərinin siyahısını açıqlayıb.
Sfera.az xəbər verir ki, siyahıda birinci yerdə Cem Adrian qərarlaşıb.
Belə ki, o, 6 milyon avro olan illik gəlirini 8 milyon avroya çıxarıb.
İkinci sırada yer alan Hakan Altun gəlirini 3 dəfə artıraraq 7,5 milyon avro qazanıb.
Üçüncü sırada yer alan Yalın isə təxminən 7 milyon avro qazanıb.
Meqastar Tarkan bu il siyahıda yer almayıb. Səbəbi isə Tarkanın 2024-cü ildə biletli konsert verməməsi olub.
Sıla, Serdar Ortaç, Kenan Doğulu, Gülşen, Hadise kimi pop ulduzların gəlirləri isə aşağı düşüb.