EN

Fernandu Santuş: "Belə anlarda futbolçudan danışmaq belə çətindir"

Dioqo Jota və kiçik qardaşı Andrenin faciəvi avtomobil qəzasında ölümü bütün dünya futbol ictimaiyyətini sarsıdıb.

Operativ Media xəbər verir ki, Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş da ölkəsinin “A Bola” nəşrinə açıqlamasında sabiq futbolçusunun vəfatından kədərləndiyini bildirib.

“Şokdayam, söz tapa bilmirəm. Bu, ailə üçün çox kədərli andır. Belə anlarda futbolçudan danışmaq belə çətindir, çünki bu, artıq ən vacib məsələ deyil. O, mənimlə birlikdə 22 yaşında millidə debüt etdi. Dünyanın ən yaxşı futbolçusunun (Kriştianu Ronaldo) mövqeyində olsa da, həmişə öz yerini tapmağı bacardı. Bu, zəhmətinin nəticəsi idi. Jota millini çox sevirdi. Qətərdəki dünya çempionatına zədə səbəbindən gedə bilmədi, amma mütləq bizimlə görüşmək istədi. Toplanışda bizimlə oldu, oyunlarımıza gəldi. Bu, onun şəxsi təşəbbüsü idi. Dioqonu zədəli olduğu vaxtda Liverpulda ziyarət etmişdim. Həmin vaxt onun üçün çətin dövr idi, amma söhbətdən çox razı qalmışdım. İndi yalnız ailəsi – həyat yoldaşı və üç övladı haqqında düşünə bilirəm”, – deyə Santuş söyləyib.

Santuş 2014-2022-ci illərdə Portuqaliya millisinin baş məşqçisi olub. Dioqo Jota məhz onun rəhbərliyi dövründə millidə debüt edib. Bu, 2019-cu ilin noyabrında Litva üzərində 6:0 hesablı qələbə ilə başa çatan dünya çempionatı seçmə oyunu zamanı baş verib. Santos və Jota 2019-cu ildə Millətlər Liqasını qazanıblar.

Qeyd edək ki, Dioqo Jota ölümündən bir neçə gün əvvəl Ruta Kardoso ilə ailə həyatı qurmuşdu. Cütlüyün üç övladı var idi.

Chosen
19
34
operativmedia.az

10Sources