EN

Azərbaycan və Özbəkistan dünya çempionatına ev sahibliyi etmək üçün... VİDEO

“Azərbaycanın minifutbol üzrə yığmasını bir daha təbrik edirəm.

Onlar dünya çempionu oldular. Biz Azərbaycan futbolçularının uğurlarına sevinirik”.

Sportinfo.az xəbər verir ki, bunu Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata birgə bəyanatları zamanı deyib:

“Qərara aldıq FIFA-ya birlikdə müraciət edək ki, Azərbaycan və Özbəkistan bu kateqoriyada futbol üzrə dünya çempionatını birgə təşkil etsinlər. Düşünürəm ki, bu, gənclərimiz üçün ortaq uğur olacaq.

Qeyd etmək istəyirəm ki, danışıqlarımızdan, nailiyyətlərimizdən, birgə işlərimizlə bağlı bütün məsələlər üzrə perspektivli qərarlarımızdan çox məmnunam.

Əziz qardaşım İlham Heydər oğluna belə məzmunlu, dostcasına və qarşılıqlı faydalı əməkdaşlığa görə təşəkkürümü bildirirəm”.

Chosen
26
50
sportinfo.az

10Sources