EN

20-ci mərtəbədən düşən iki yaşlı uşaq sağ qaldı

Çinin Çonqinq şəhərində şok hadisə baş verib: iki yaşlı uşaq 20-ci mərtəbədəki eyvandan yıxılaraq sağ qalıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, nənəsinin nəzarətindən yayınan azyaşlı eyvandan yerə yıxılıb. 

Azyaşlı düşərkən çox sayda ağac və kollara dəyib və bunun sayəsində o, çoxsaylı sınıqlar və ciddi xəsarətlər alsa da, sağ qala bilib.

Uşağın köməyinə ilk olaraq yaşayış kompleksinin mühafizəçisi gəlib. O, dərhal uşağı götürüb ən yaxın xəstəxanaya aparıb. Qəbul zamanı vəziyyətinin ağır olmasına baxmayaraq, həkimlər xəstəni stabilləşdirə biliblər.

Həkimlərin fikrincə, xilasetmədə həlledici rolu böyüklərin çevikliyi və uşağın az çəkisi oynayıb ki, bu da zərbənin gücünü yumşaldır.

Chosen
19
50
unikal.az

10Sources