Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan dördüncü dəfə məhkəmə qarşısına çıxacaq.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV yazıb.
Keçmiş prezident qanunsuz sahibkarlıqla məşğul olmaqda, rüşvət almaqda və vəzifəsindən sui-istifadə etməkdə ittiham olunur.
"Cinayət işi 2019-cu ildə başlayıb. 6 ilə yaxın davam edən ibtidai araşdırmadan sonra, iyulun 2-də Korrupsiyaya Qarşı Mübarizə Komitəsi işin məhkəməyə göndərildiyini elan edib. Bu, təbii ki, seçkilər öncəsi Ermənistanın üçüncü prezidentinə hakimiyyətin növbəti təzyiqidir", - deyə məlumatda qeyd olunub.
Ağarza Elçinoğlu