Filippin ölkənin mərkəzi bölgəsində güclü yağışlar səbəbindən hökumət və təhsil müəssisələrinin fəaliyyətini dayandırıb.
"Unikal" xəbər verir ki, Filippin hökuməti məlumat yayıb.
Filippin Daxili İşlər Nazirliyinin məlumatına görə, leysan nəticəsində 6 nəfər itkin düşüb, 35 minə yaxın vətəndaş təxliyə mərkəzlərinə yerləşdirilib.
Bununla yanaşı, bütün təcili yardım xidmətləri fəaliyyətini davam etdirir.