Sea Breeze

Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana səfərə yola düşüb.

Bu barədə “Sputnik Tacikistan” teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Tacikistan Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçiriləcək sammitində iştirak edəcək.

Rəhmonu səfərdə xarici işlər naziri, köməkçiləri və digər rəsmi şəxslər müşayiət edəcək.

Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğızıstan Prezidenti Sadır Japarov və Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ötən gün Azərbaycana səfər ediblər.

ETX
ETX
ETX