Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycana səfərə yola düşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Tacikistan” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, Tacikistan Prezidenti İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçiriləcək sammitində iştirak edəcək.
Rəhmonu səfərdə xarici işlər naziri, köməkçiləri və digər rəsmi şəxslər müşayiət edəcək.