EN

Təyyarə okeana təcili eniş etdi - VİDEO

Maldiv adaları arasında daxili reys həyata keçirən təyyarə havaya qalxdıqdan az sonra hündürlüyünü itirməyə başlayıb. Nəticədə təyyarə suya eniş edib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. 

Qeyd olunub ki, sərnişinlərin əksəriyyətinin rus turistlər olduğu təyyarənin pilotları cəld reaksiya göstərərək okeana təcili eniş etməyi bacarıblar. 

Sərnişinlər salonda bir saatdan çox qalıblar, əlavə təlimat və yardım gözləyiblər. Bundan sonra ekipaj uçuşu yenidən bərpa etməyə çalışıb.

İkinci uçuş zamanı təyyarə yenidən çətinliklə üzləşib və küləyin təsirindən sol tərəfə əyilib. Pilotlar təyyarəni bu dəfə də sahilin yaxınlığında yenidən suya endirməyi bacarıblar. 

Yedək gəmilərinin köməyi ilə ərnişinlərə lazımi köməklik göstərilib. 

Ağarza Elçinoğlu 

Chosen
14
50
unikal.az

10Sources