Ankaranın Çankaya rayonunda səhər saatlarında baş verən yanğın şəhər sakinlərini təşvişə salıb.
Manset.az xəbər verir ki, hadisə İnönü bulvarında qeydə alınıb.
Mikroavtobusun mühərrik hissəsində naməlum səbəbdən yanğın başlayıb. Alov qısa müddətdə nəqliyyat vasitəsini tamamilə bürüyüb.
Hadisə yerinə dərhal polis əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım briqadası cəlb olunub. Sürücü yüngül xəsarətlə hadisədən xilas olsa da, mikroavtobus tamamilə yanaraq yanıb.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.