AZ

Karapetyan erməni deputatlara qarşı iddia qaldırıb | VİDEO

AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, təqsirləndirilən şəxslər hakim “Vatandaş müqaviləsi” fraksiyasının deputatları Arsen Torosyan və Ayk Koncoryandır. Karapetyan onların hər birinin ittihamları açıq şəkildə təkzib etməsi və 23,5 min ABŞ dolları məbləğində mənəvi təzminat ödəməsi tələbini irəli sürüb.

Karapetyan Kondjoryan qarşısında Erməni Apostol Kilsəsinin (AEK) rəhbəri II Qareginin rəhbərliyi altında “kriminal milyarder”in də daxil olduğu “cinayətkarlar, oliqarxlar, keçmiş soyğunçular, bambılılar və küfr edənlər” toplanmış “döyüş başlığı” ilə müqayisəsini təkzib etmək tələbini qoyub.

Ağazaryan: “Ermənistan təxribatçıdır” | VİDEO
Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamentində Samvel Karapetyana məxsus “Ermənistan Elektirk şəbəkləri” şirkətinin milliləşdirilməsi ilə bağlı qanunun müzakirəsi zamanı dava düşüb.

Davaya səbəb hakim “Vətəndaş müqaviləsi” partiyasını tərk edən deputat Ovik Ağazaryanın Karapetyana qarşı məhkəmə prosesi vasitəsilə hökumətin ölkədə anti-Rusiya əhval-ruhiyyəsini gücləndirməyə çalışması barədə səsləndirdiyi ittihamlar olub.


Sahil İsgəndərov
AzVision.az
Seçilən
15
16
azvision.az

10Mənbələr