EN

Paşinyan sülh və yolların açılması üçün Trampdan kömək istədi

BAKI, 4 iyul. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyan ABŞ-nin Müstəqillik Günü münasibəti ilə Prezident Donald Trampa məktub göndərib.

Teleqraf xəbər verir ki, Ermənistan hökumətinin başçısı məktubunda ABŞ Prezidentindən kömək istəyib.

“Münaqişələrə son qoymaq və dünyada sülhün bərqərar olması ilə bağlı baxışınızı yüksək qiymətləndirirəm. Əminəm ki, sizin rəhbərliyiniz altında Birləşmiş Ştatlar Cənubi Qafqazda çoxdan gözlənilən sülh, sabitlik və rifahın bərqərar olmasına əsaslı töhfə verəcək. Mən Ermənistan hökumətinin suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan sülh gündəliyinə, həmçinin “Sülh qovşağı” layihəsinin prinsiplərinə uyğun olaraq regional kommunikasiyaların (yolların – red.) açılmasına sarsılmaz sadiqliyini bir daha təsdiq edirəm”, - baş nazir qeyd edib.

Chosen
2
50
teleqraf.com

10Sources