EN

Rubio və Rutte NATO sammitinin nəticələrindən və Ukraynaya dəstəkdən danışıblar

Missiya.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ dövlət katibi Marko Rubio NATO-nun baş katibi Mark Rutte ilə söhbəti zamanı xüsusilə müttəfiqlərin Ukraynanı dəstəkləməkdə sarsılmaz öhdəliyini müzakirə edib.Missiya.Az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Temmi Bryus mətbuata açıqlamasında bildirib."İki lider NATO-nun Haaqada keçirilən son sammitini müzakirə ediblər, o cümlədən müttəfiqlərin müdafiə xərclərini ÜDM-in 5%-ə çatdırmaq üzrə tarixi öhdəliyini vurğulayıblar", - Bryus qeyd edib.O, əlavə edib ki, tərəflər həmçinin ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq prioritetini və Haaqa Bəyannaməsində əksini tapdığı kimi Alyans müttəfiqlərinin Ukraynanı dəstəkləmək üzrə sarsılmaz suveren öhdəliklərindən bəhs ediblər.

Zərintac MayisqızıMissiya.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
8
50
missiya.az

10Sources