EN

Tramp Putinlə telefon danışığının gizli detallarını AÇIQLADI – VİDEO

Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında iyulun 3-də telefon danışığı baş tutub.

Bizim.Media xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında telefon danışığının detallarını açıqlayıb. 

O bildirib ki, söhbət kifayət qədər uzun çəkib və müxtəlif mövzulara toxunulub.
 

“Bu kifayət qədər uzun danışıq oldu, biz bir çox məsələləri müzakirə etdik. İran haqqında, Ukrayna haqqında danışdıq. Mən razı qalmadım. Heç bir irəliləyişə nail olmadım”, – deyə Tramp jurnalistlərə bildirib.


Qeyd edək ki, danışıqlar zamanı əsas diqqət beynəlxalq gündəmin aktual mövzularına yönəlib. Lakin Trampın sözlərinə görə, xüsusilə Ukrayna ilə bağlı məsələlərdə gözlənilən nəticə əldə olunmayıb.


Bizim.Media

Chosen
1
12
bizim.media

10Sources