AZ

Prezident Xankəndidə Ərdoğanla görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 4-də Xankəndidə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Ərdoğan Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yüksək səviyyədə keçirildiyini vurğulayıb.

Dövlət başçısı Zirvə görüşündə iştirak etdiyinə görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.

Söhbət zamanı qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

Ərdoğan bir daha vurğulayıb ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır.Bu, həmişə belə olub və bundan sonra da belə olacaq.

Dövlət başçısı Ərdoğanın bu sözlərinə görə təşəkkürünü bildirərək Azərbaycanın da həm sevincli, həm də kədərli günlərdə həmişə Türkiyənin yanında olduğunu bildirib.

Prezidentlər həmçinin əməkdaşlığın perspektivlərinə və qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.

Seçilən
13
50
anews.az

10Mənbələr