EN

"Rusiya Azərbaycanın müstəqilliyini hələ də qəbul edə bilmir" - İlham İsmayıl

"Rusiya post-sovet məkanı üzərində təsirini qorumağa çalışır, Azərbaycanın müstəqilliyini qəbul edə bilmir"

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl News365.az-a açıqlamasında bildirib ki, Rusiyanın apardığı siyasətə görə, post-sovet məkanın tamamilə Rusiyanın təsiri altında olması labüddür. O qeyd edib ki, Sovetlər Birliyi və Rusiya İmperiyası vahid dövlət olaraq fəaliyyət göstərsə də, müstəqil dövlət olan Azərbaycan və digər keçmiş sovet ölkələri hələ də Rusiyanın siyasi təsirindən tam azad ola bilməyiblər.

İsmayılın sözlərinə görə, Rusiya və hətta qonşu İran da Azərbaycanın müstəqilliyini qəbul etməkdə çətinlik çəkir və müstəqil siyasət yürütməsini qəbul edə bilmir. Son zamanlar Rusiyada, xüsusilə Yekaterinburqda baş verən hadisələr Azərbaycanın müstəqil siyasətinə qarşı reaksiyanın bir hissəsidir.

Ekspert vurğulayıb ki, Rusiya Azərbaycanın apardığı müstəqil siyasətə qarşı durur və bununla bağlı Zaharovanın həm Ermənistan, həm də Azərbaycan üçün sərt açıqlamaları təsadüfi deyil.

Chosen
11
50
news365.az

10Sources