EN

Rusiya siyasətçisi azərbaycan diasporunun fəaliyyətinin yoxlanılmasını tələb edib

Rusiya Dövlət Dumasındakı “Ədalətli Rusiya – Həqiqət naminə” partiyasının lideri Sergey Mironov baş prokurora müraciət edərək ölkə üzrə azərbaycan diasporası və onunla əlaqəli qurumların fəaliyyətinin hərtərəfli yoxlanılmasını tələb edib.

O, xüsusilə “Sadovod” və “Food City” ticarət komplekslərinin qanunvericiliyə uyğun fəaliyyət göstərib-göstərmədiyinin araşdırılmasını vacib sayıb.

Mironov partiya üzvlərinin mövqeyinə istinad edərək, bu diasporaların fəaliyyətinin guya dövlətin və vətəndaşların təhlükəsizliyinə təhdid yaratdığını bildirib.

O, ikili vətəndaşlığı olan şəxslərin cinayət şəbəkələrində iştirakı və diaspor qurumlarının Rusiyanın maraqlarına zidd məqsədlərlə istifadəsi riskinə diqqət çəkib.

Azərbaycan tərəfi hələlik məsələyə münasibət bildirməyib.

N.Təbrizli

Chosen
3
49
anews.az

10Sources