EN

Mərkəzi Bank “KorpON” şirkətini “PAŞA Bank” ödəniş agenti kimi təsdiqlədi

Azərbaycan Mərkəzi Bankı “KorpON” MMC-ni “PAŞA Bank” ASC-nin rəsmi ödəniş agenti statusu ilə təsdiqləyib.

Valyuta.az AMB-yə istinadən xəbər verir ki, tənzimləyici banklar arasında ilk dəfə bank ödəniş agentini təsdiqləyib.

Ödəniş agenti – bank, ödəniş təşkilatı və ya elektron pul təşkilatı ilə bağladığı müqavilə əsasında onun adından ödəniş xidmətlərini göstərən hüquqi və ya fiziki şəxs hesab olunur. Bu fəaliyyət ödənişlərin qəbulundan nağdlaşdırılmasına qədər geniş xidmət spektrini əhatə edir.

Qeyd edək ki, Mərkəzi Bank nəzarət subyektləri və ödəniş agentlərinin reyestrini aparır və həmin reyestr ictimaiyyət üçün açıqdır. Reyestrdə agentlərin adı, hüquqi ünvanı, rəhbər şəxsləri, fəaliyyət növləri və lisenziyalar barədə məlumat əks olunur.

Chosen
22
35
valyuta.az

10Sources