Rusiya hakimiyyəti ölkədə yaşayan azərbaycanlı icmasının mümkün kütləvi çıxışlarının qarşısını almaq məqsədilə profilaktik tədbirlərə start verib.
KONKRET.az xəbər verir ki, hüquq-mühafizə orqanları sosial şəbəkələrdə monitorinqi gücləndirib və vəziyyəti yaxından izləyir.
“Vlast” nəşrinin FSB-yə yaxın mənbəyə istinadla yaydığı məlumata görə, azərbaycanlılara qarşı yönəlmiş nəzarətsiz aksiya ehtimalını nəzərə alaraq, yerli millətçi qruplaşmalar da ciddi şəkildə nəzarətə götürülüb.
“Hazırda müxtəlif şübhəli, millətçi yönümlü təşkilatlar fəallaşa bilər – onlarla sərt mübarizə aparılacaq”, – deyə mənbə bildirib.
Bununla belə, hüquq-mühafizə orqanlarının məlumatına əsasən, hazırda azərbaycanlı diasporası tərəfindən qanunsuz aksiyalara hazırlıq əlamətləri müşahidə olunmur.
Natiq Səlim,
KONKRET.az