EN

Aqil Abbas: Polislərin maaşları artırılsın

“Polisin gecəsi-gündüzü yoxdur. Amma ən az maaş alan da onlardır”.

Bakues.az xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar sessiyası üzrə keçirilən iclasında deputat Aqil Abbas səsləndirib.

Deputat bildirib ki, hazırda parlamentdə müzakirə olunan “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi artıq çoxdan qəbul edilməli idi:

“Bizi qoruyan polisdir. Polis dövlətin dayağıdır. Arzu edirəm ki, polislərin maaşı artırılsın. Gecə-gündüz çalışan, təhlükəyə sinə gərən insanlardır. Biz rahat yata biliriksə, bu, polisin sayəsindədir. I və II Qarabağ savaşında da polislər qəhrəmanlıq göstəriblər, onların 62 Milli Qəhrəmanı var”, – deyə Aqil Abbas bildirib.

Deputat çıxışı zamanı keçmişə də toxunaraq əlavə edib:

“Keçmişdə pambıq yığımı zamanı təsərrüfat rəhbərləri, kolxoz sədrləri ailəsini, uşağını aylarla görə bilmirdi. Səhər saat 5-də gedib, gecə 2-də evə qayıdırdılar. Hətta zarafatla deyirdilər ki, uşaq evdə yad kişi görəndə tanımırdı, ata olduğunu eşidəndə təəccüblənirdi. İndi polis işçiləri də eyni fədakarlıqla çalışırlar. Gecə-gündüz iş başındadırlar.”

Milli Məclisin spikeri isə zarafatı münasib saymayıb.

Chosen
4
43
icma.az

10Sources