EN

“Rusiya və İran ABŞ şirkətinə qarşı çıxacaq”

Ötən gün “Karnegi Fondu” ABŞ-ın Zəngəzur dəhlizinin açılması ilə bağlı təklif verdiyini açıqlamışdı.

Tribunainfo.az xəbər verir ki, həmin məlumata görə, dəhlizin təhlükəsizliyi Amerikanın mülki firmalarından birinə həvalə edilməsi təklif olunur.

Qeyd edək ki, Ermənistan hökuməti bununla bağlı ciddi açıqlama verməyib. Yalnız bu ölkənin XİN-in mətbuat katibi Ani Badalyan bir kəlmə ilə reaksiya verib. “Ermənistan bütün kommunikasiyaların açılmasına tərəfdardır”.

Lakin erməni mediası məsələyə birmənalı yanaşmır. Tribunainfo.az bildirir ki, tirajlı NEWS.am saytı bu prosesdə Rusiya və İranın da maraqlarının nəzərə alınmasının vacib olduğunu qeyd edib. “İran və Rusiya Zəngəzurda yollara nəzarət edəcək Amerika şirkətinə qarşı çıxacaq”.

“Past” isə məsələnin indi gündəmə gətirilməsinin təsadüfi olmadığını vurğulayır. Qəzet yazır ki, dəhlizin açılması Türkiyədə razılaşdırılıb. “Bu razılaşmadan sonra ABŞ şirkətinin məsələsi gündəmə təsadüfi gətirilməyib. İrəvan buna da razılıq verib”.

Fərda Uğur

Chosen
22
50
tribunainfo.az

10Sources