EN

Rusiyanın beş hava limanı fəaliyyətini dayandırıb

Rusiyanın İjevsk, Kazan, Samara, Yaroslavl və Nijnekamsk hava limanlarının fəaliyyəti dayandırılıb.

Ölkə.az "Kommersant.ru"ya istinadla xəbər verir ki, bu barədə “Rosaviatsiya” məlumat yayıb.

Qurum bildirib ki, bu hava limanlarının fəaliyyəti uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə dayandırılıb.

Bundan əvvəl Saratov hava limanı da fəaliyyətini dayandırmışdı. Məhdudiyyətlər təxminən üç saat qüvvədə olub.

Bundan əlavə Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, gecə ərzində hava hücumundan müdafiə qüvvələri Rostov, Kursk, Belqorod, Orlov və Lipetsk vilayətlərində 48 pilotsuz uçuş aparatını vurub. 

Həmidə İbrahimova

Chosen
7
15
olke.az

10Sources