"Ədalətli Rusiya - Həqiqət uğrunda" (ƏRHU) partiyasının lideri Sergey Mironov baş prokuror İqor Krasnova Azərbaycan diasporlarının və onlarla əlaqəli strukturların yoxlanılması tələbi ilə müraciət göndərib.
Missiya.Az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
"Sizdən Rusiya Federasiyasının bütün subyektlərində Azərbaycan diasporlarının və onlarla əlaqəli strukturların fəaliyyətinin hərtərəfli yoxlanılmasını xahiş edirəm", - deyə müraciətdə deyilir.
Mironov xüsusilə "Sadovod" və "Fud Siti" ticarət komplekslərinin fəaliyyətinin qanunlara uyğunluğunun yoxlanılmasının zəruriliyini qeyd edib.
Daşqın HəsənovMissiya.Az