EN

Moskvada şübhəli ölüm

Rusiyanın “Transneft” neft kəməri operatorunun vitse-prezidenti Andrey Bədəlov Moskvada pəncərədən yıxılaraq ölüb.

TASS agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir ki, Bədəlovun cansız cəsədi Rublevskoye şossesində evin pəncərələrinin altında tapılıb.

"Ölümün ilkin səbəbi intihardır", - mənbə bildirib.

Bildirilib ki, Rusiya Federasiyasının İstintaq Komitəsi Bədəlovun intiharı ilə bağlı araşdırma aparır, nəticədə cinayət işinin başlanması və ya rədd edilməsi kimi prosessual qərar qəbul ediləcək.

17-ci mərtəbədən yıxıldığı bildirilən Bədəlovun səhhətində problemlər olduğu bildirilib.

Bədəlov 2021-ci ildən “Transneft”in rəqəmsal transformasiya və informasiya texnologiyaları üzrə vitse-prezidenti olub.

Chosen
12
34
vaxt.az

10Sources