EN

“Böyük türk” bizi sıxışdırır: Əliyevi saxlamaq üçün...

Əfqanıstan əmirliyinin tanınması çox maraqlı bir addım və şübhəsiz ki, Türkiyə, eləcə də onunla birlikdə Türk Dövlətləri Təşkilatına xəbərdarlıq olacaq. Fakt budur ki, təsir dairələrini tarazlaşdırmaq və Azərbaycan liderini saxlamaq üçün ciddi əks çəkiyə ehtiyac var, o da İrandır, indisə bəlkə də Əfqanıstandır.
BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, bunu Rusiyanın hərbi eksperti Aleksandr Artamonov deyib. “A.Şkolnikov Ərdoğanın layihəsini “Böyük Türk Xaqanlığı” adlandırır və hesab edir ki, Pakistanın ona qoşulması Rusiya üçün təhlükəli olan kritik partlayıcı kütlə yarada bilər. Görünür, bu riski həm də Taliban, bəlkə də çinlilər də qiymətləndirir, onlar Sian bəyannaməsinin ruhuna uyğun olaraq Mərkəzi Asiyada təsir dairələrinin, sərhədlərinn hər hansı dəyişikliyinə qarşı ıxır, çünki bu, Sintsyanda da partlayışa səbəb ola bilər. Bu arada Türkiyə Aralıq dənizindəki varlığını gücləndirmək qərarına gəlib. Türkiyə kəşfiyyatına yaxın çevrələrin dolayı məlumatlarına görə, Ankara Suriyanın lideri Hakan Fidanın yaxından tanışı Əş-Şara ilə Suriya liman infrastrukturundan istifadə və su məkanının delimitasiyası ilə bağlı danışıqlar aparır. Yəni Ərdoğanın “Arxipelaq” layihəsi həyata keçirilir. Aydındır ki, belə bir şey bizim Tartus və Xmeymimdəki mövcudluğumuza mütləq təsir edəcək. İstisna etmirəm ki, bu vəziyyətdə bazaları gec-tez tərk etməli olacağıq. Nəticə: Mİ6 MİT ilə birlikdə Rusiyanın Yaxın Şərq və Mərkəzi Asiyada təsirini ardıcıl olaraq ləğv edir. Rusiya Əfqanıstanı tanımaqla və azərbaycanlı mütəşəkkil cinayətkar qrupları öz üzərinə götürməklə, anqlo-saksonların və “Böyük türk” Ərdoğanın ona meydan oxuması ilə barışmağa hazır olmadığını nümayiş etdirir. Sadəcə bir sual var: əminikmi ki, “Akkuyu”nu tikməklə düz edirik? Ərdoğan tərəfdaşları üçün öz enerji halqasını yaratmaq niyyətindədir. Atom elektrik stansiyasımız bu işdə ona kömək edəcəkmi? Nə qədər qazanacağımızı və nə qədər itirəcəyimizi hesablamışıq? Eyni şey “Mavi axın”ın Ankara üzərindən göndərilməsinə də aiddir. Amma yəqin ki, yuxarılar daha yaxşı bilər”, - o bildirib.
Chosen
6
50
buta.tv

10Sources