Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan “Neftçi” PFK-nın baş məşqçisi Samir Abasov “Neftçi TV”-yə müsahibə verib.
Arena.az xəbər verir ki, 47 yaşlı mütəxəssis təlim-məşq toplanışını və yeni transferləri dəyərləndirib.
Samir Abasov növbəti mövsüm üçün hədəflərdən də danışıb və gələcək transferlər barədə söhbət açıb:
“Çalışacağıq ki, ən azı Polşa toplanışına və oradakı yoldaşlıq oyunlarına kimi bir neçə transferi həyata keçirək. Transfer etmək hamı üçün çox çətindir. Burada futbolçunu razı salırsan, agentləri çıxır, agentləri razı salmağa çalışırsan, klubu çıxır. Bununla belə, sizə əminliklə deyirəm ki, hazırda danışıq apardığımız bir neçə futbolçu var. Lakin transfer belə bir şeydir ki, o gəlib müqaviləyə qol çəkməyincə “bu transfer baş tutdu” demək çətindir. Çünki 95, 98 faiz əmin olduğun futbolçu belə bəzən əldən çıxır. Amma hazırda danışıqlar apadığımız futbolçuların bura gəlməməyi əsla klubumuzdan, bizdən qaynaqlanmır. Bizim dirəndiyimiz nöqtə bayaq sadaladığım kimi agentlər, klublar və digər məsələlərdir. Lakin hansısa bəyəndiyim futbolçu alınmasa belə, skaut departamentimiz daim bu məsələ üzərində işləyir. Yəni transferlərlə bağlı mən qərar verirəm və bəyəndiyim futbolçular buraya gəlirlər. Bu, sırf bizim nəzarətimiz altındadır”.
Samir Abasov ilə müsahibənin tam versiyası ilə aşağıdakı videodan tanış ola bilərsiniz: