EN

Fil turistlərin ölümünə səbəb oldu

ain.az, Unikal.az portalına istinadən məlumat yayır.

Zambiyada milli parkda iki qadın fil tərəfindən öldürülüb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniya və Yeni Zelandiyadan olan iki qadın turist safaridə olarkən dişi filin hücumuna məruz qalıb. 

68 yaşlı Easton Janet Taylor və 67 yaşlı Alison Jean Taylor filin balasını əzizləyib, bu zaman dişi fil qadınlara hücum edib.  Nəticədə  ağır xəsarətlər alan qadınlar həyatlarını  itiriblər. Park işçiləri fili dayandırmaq üçün ona atəş açıblar. 

Dişi fillərin balalarını çox qoruduğu və təhlükə hiss etdikdə aqressiv reaksiya verdiyi bilinir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
7
50
unikal.az

10Sources