EN

“İnnovasiyalar Mərkəzi” “Bayraktar Texnoloji Azərbaycan”la əməkdaşlığa başlayır

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” ilə “Bayraktar Teknoloji Azərbaycan” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Agentlikdən verilən xəbərə görə, Memorandumu “İnnovasiyalar Mərkəzi”nin direktoru Vüsal Rüstəmov və “Bayraktar Teknoloji Azərbaycan” MMC-nin direktoru Hüseyin Topuz imzalayıblar.

Memorandum çərçivəsində tərəflər elm, innovasiya və süni intellekt sahələrində birgə layihələr, tələbə təcrübə proqramları reallaşdıracaq, elmi tədqiqatlarda əməkdaşlıq edəcəklər. Eləcə də, kadr potensialının artırılması üçün təlim və seminarların reallaşdırılması, startapların dəstəklənməsi və “Demo Day” formatlı tədbirlər nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
2
50
xalqqazeti.az

10Sources