EN

Fernandu Santuş Jotanın ölümündən danışdı

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş "Liverpul"un futbolçusu Dioqo Jotanın faciəvi ölümünə münasibət bildirib.

Publika.az xəbər verir ki, "A Bola"ya açıqlama verən portuqaliyalı mütəxəssis həmyerlisi haqda bu sözləri deyib:

"İndi yalnız onun üçün çoxlu dua edə bilərəm. Ailəsi haqqqında düşünürəm. Jota böyük oyunçu, hər şeydən əvvəl əla insan idi. Belə vaxtlarda futbolçu haqqında danışmaq çətindir. Mən baş məşqçi olan vaxt Jota 22 yaşında millidə debüt edib. Dünyanın ən yaxşı oyunçusu Kriştiano Ronaldonun kölgəsində qaldı, amma həmişə öz yerini tapdı. Milli komandada onun əməyi çox idi. Yığmada oynamağa can atırdı. Zədəyə görə Qətərdəki dünya çempionatına gedə bilməmişdi".

Qeyd edək ki, iyulun 3-də avtomobil qəzasında dünyasını dəyişən Jota Portuqaliya millisi ilə 2 dəfə Millətlər Liqasının qalibi olub.

Chosen
10
publika.az

1Sources