EN

Bakı təmsilçisindən akademiyanı bağlayan Qəbələ yə təklif AÇIQLAMA

Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.

Maliyyə yetərsizliyi səbəbindən futbol akademiyasını müvəqqəti dayandıran "Qəbələ" aşağı yaşlıların çempionatına qatıla bilər. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bölgə komandasının AFFA-nın aşağı yaşlılar arasında keçirdiyi liqalarda iştirakı variantı yaranıb.

Paytaxtda fəaliyyət göstərən futbol komandalarından biri "Qəbələ"yə bu barədə təklif ünvanlayıb.   

Bu barədə saytımıza açıqlama verən “Zirvə” və “Təhsil” komandalarının məşqçisi Azər Cabbarov belə deyib: 

"Bəli, biz dəstək üçün "Qəbələ"yə belə bir təklif ünvanladıq. Bizim 8-14 yaş kateqoriyasında uşaqlarımız çoxdur, çempionatda iki komanda ilə çıxış edirik. Təklif etdik ki, daha bir komanda yaradıb "Qəbələ"nin adından yarışa buraxaq. Müzakirə edib qərar verəcəklər. Kaş imkan olaydı, akademiyanın uşaqlarını Bakıya gətirib heyətimizə cəlb edəydik. Amma buna imkan yoxdur. Təklif etdiyimiz variantda dəstəyimiz nəticəsində qazanan həm də Azərbaycan futbolu olar".  

Cabbarov "Qəbələ" Futbol Akademiyasının fəaliyyətini dayandırmasına görə çox üzüldüyünü deyib: "Bu duruma üzülməmək mümkün deyil. Gör oradan kimlər çıxıb: Bəhlul Mustafazadə, Elvin Camalov, Amin Seydiyev, Fərid və Yusif Nəbiyev qardaşları... Siyahını uzatmaq olar. Nəyin bahasına olsa da, o akademiya yaşamalıdır. "Bakı"dan sonra "Qəbələ"ni də itirsək, Azərbaycanın uşaq futboluna zərbə olacaq".

Mirağa

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
7
16
fanat.az

10Sources