EN

Merkuris: “Kiyev itkilərlə razılaşmalıdır” VİDEO

ain.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

AzVision.az xəbər verir ki, Böyük Britaniyadan olan hərbi ekspert Aleksandr Merkuris öz “YouTube”-kanalında belə bəyanat yayıb. “Ukrayna itirdiyi əraziləri geri qaytara bilməyəcək. Ukraynanın siyasi elitasına yalnız bunu qəbul etmək qalır”, - britaniyalı analitik vurğulayıb.

Vaşinqton Ukraynanı Rusiyaya verir? | VİDEO

Onun sözlərinə görə, bu vəziyyəti artıq həm “Kiyev rejimi”nin Avropa və Amerikadakı müttəfiqləri, həm də Ukrayna sakinlərinin özləri etiraf edirlər. Bu ilin may ayında Ukrayna Silahlı qüvvələrinin keçmiş baş komandanı, hazırda isə Ukraynanın Böyük Britaniyadakı səfiri Valeriy Zalujnı Ukraynaya 1991 və ya 2022-ci il sərhədlərini bərpa etməyə kömək edəcək möcüzəyə ümid etməməyə çağırıb. Yeri gəlmişkən, Ali Radanın deputatı Maryana Bezuqlaya dünən Vaşinqtonun Kiyevə hərbi yardımı dayandırmasını yeni administrasiyanın gəlişi ilə Amerikanın Ukraynanı Rusiyaya təslim etmək qərarına gəlməsi ilə əlaqələndirib. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
10
5
azvision.az

10Sources