ain.az bildirir, Yeniazerbaycan portalına istinadən.
İyulun 3-ü axşam saatlarından başlayaraq Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə çoxkombinasiyalı hava hücumu edib.
AZƏRTAC-ın məlumatına görə, iyulun 3-ü yerli vaxtla 20:30-dan başlayaraq zərbə dronları müxtəlif istiqamətlərdən Kiyevə kütləvi hücum edib, partlayış səsləri eşidilib. İyulun 4-nə keçən gecədən səhərə qədər isə Kiyevə ballistik və müxtəlif tipli raketlərlə hücum edilib. Şəhərdə çoxsaylı dağıntılar var, xüsusilə də yaşayış binaları ciddi ziyan görüb.
Kiyev şəhər meri Vitali Kliçkonun verdiyi məlumata görə, Kiyevin Qoloseyev, Şevçenko, Solomin, Darnitsa, Svyatoşin rayonlarında dağıntılar qeydə alınıb.
Hava hücumu nəticəsində ölənlər barədə dəqiq məlumat verilmir. İlkin olaraq 20-dən artıq mülki şəxsin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı qeyd olunur.
Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələrinin açıqlamasına görə, Rusiya ordusu Ukraynaya 539 dron və 11 raket atıb. Raketlərdən 6-sı ballistik, 4-ü qanadlı, biri isə “Kinjal” aeroballistik raket olub. Hava hücumunun əsas hədəfi Kiyev olub.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.