AZ

Pakistanda bina uçdu – 5 nəfər öldü

Pakistanın Karaçi şəhərində beşmərtəbəli binanın uçması nəticəsində 5 nəfər həyatını itirib və 6 nəfər yaralanıb.

KONKRET.az xəbər verir ki, bununla bağlı şəhərin polis bölməsindən məlumat verilib.

Əlavə edilib ki, hazırda dağıntılar arasında qalanların xilasedilməsi prosesi davam etdirilir.

Binada təxminən 100 sakinin yaşadığı güman edilir.

Seçilən
7
22
konkret.az

10Mənbələr