EN

Sergey Markov: “AZAL və Yekatrinburq hadisələri ciddi araşdırlmalıdır”

Tribuna saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Humanitar, iqtisadi və regional təhlükəsizlik sahələrində fundamental maraqlar iki ölkəni birləşdirməyə davam etdiyi üçün Rusiya ilə Azərbaycan arasında münasibətlərin normallaşması yaxın gələcəkdə başlayacaq”.

Tribunainfo.az xəbər verir ki, bunu Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deyib.

Onun sözlərinə görə, Moskva ilə Bakı arasında münasibətlərdə mövcud böhranın mütləq həll olunacaq. “Çünki iki ölkənin strateji maraqları onların uzunmüddətli əlaqələrinin möhkəmliyinə zəmanət verir”.

Markov hesab edir ki, Azərbaycanla Rusiya arasında üç vacib maraqlar var.  “Rusiya və Azərbaycanın çox güclü ortaq maraqları var, o cümlədən humanitar sahədə. Bir neçə milyon azərbaycanlı Rusiyada yaşayır və Rusiya cəmiyyətinə yaxşı inteqrasiya olunub. Çoxlu sayda rus və rusdilli, Azərbaycanda da rus dilində danışanların böyük bir hissəsi, Azərbaycanda isə rusdillilərin əksəriyyəti yaşayır. Universitetlər, Rus Pravoslav Kilsəsi də Azərbaycan hakimiyyəti və Prezident İlham Əliyev tərəfindən geniş dəstək alır”.

O, ikinci sütun kimi istisadi əməkdaşlığı göstərib. “Rusiya ilə Azərbaycan arasında daim inkişaf edən çox intensiv iqtisadi əməkdaşlıq mövcuddur. İndi Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi formalaşır. Bu dəhliz Rusiyanı Azərbaycandan keçməklə təkcə İrana deyil, həm də Hindistanın cənubuna və Fars körfəzi ölkələrinə birləşdirməlidir. Bu dəhlizin işə düşməsi sayəsində Rusiya ilə Azərbaycan arasında mal mübadiləsi daha da intensiv şəkildə inkişaf edəcək”.

Markov hesab edir ki, Rusiya və Azərbaycanın maraqları regional təhlükəsizlik sahəsində də üst-üstə düşür. “Çox ciddi xarici çağırışlar var ki, bunlar, ilk növbədə, Yaxın Şərq regionunda mümkün qeyri-sabitliklə bağlıdır. Hər iki tərəf bu məsələdə sabitliyin qorunmasına əsaslanan mövqelər tutub. Ona görə də hesab edirəm ki, indiki hadisələrdə tezliklə müsbət tendensiyalara keçid başlayacaq və mənfi tendensiyaların baş qaldırması ehtimalı azdır”.

Rus ekspert vəziyyətdən çıxmaq üçün “xarici və daxili destruktiv qüvvələrin təsirini” aradan qaldırmağı təklif edir. “Digər məsələlərlə yanaşı, Aktauda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı araşdırmada irəliləyiş gözləyirəm. Yekaterinburqda vətəndaşların son dərəcə zorakılıqla saxlanması da araşdırılmalıdır. Hamı başa düşür ki, fəal müqavimət göstərməyən insanlar saxlayandan sonra onlardan ikisinin ölməsi qəbuledilməzdir”.

Markov fikrini belə yekunlaşdırıb: “Xüsusən də Azərbaycanla münasibətlər Rusiya üçün strateji və müttəfiq xarakter daşıdığı üçün bunu etmək lazımdır. Bu münasibətlər bir neçə əsrlikdir və bizim çoxsaylı qarşılıqlı maraqlarımız əsasında düzgün istiqamətdə inkişaf etməyə davam etməlidir. Üstəlik, Rusiyanın Azərbaycana heç bir iddiası yoxdur. Ona görə də normallaşmaya başlamaq üçün Rusiyanın Yekatrinburqda baş verən hadisələrlə bağlı araşdırma aparması kifayət edər ki, vəziyyəti normallaşdırmaq mümkün olsun”.

Fərda Uğur

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
18
50
tribunainfo.az

10Sources