EN

Ərdoğan Xankəndiyə gəldi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə toplantısında iştirak etmək üçün özəl TUR təyyarəsi ilə Azərbaycanın Xankəndi şəhərinə gəlib.

Turkustan.az xəbər verir ki, Ərdoğanı Füzuli hava limanında Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev qarşılayıb.

Ərdoğanın səfəri çərçivəsində Azərbaycanın ev sahibliyi edəcəyi “Dayanıqlı və İqlim Dayanıqlı Gələcək üçün Yeni İqtisadi Əməkdaşlıq Təşkilatının Baxışı” mövzusunda keçiriləcək sammitdə çıxış edəcəyi gözlənilir.

Aytən Yaşar/ Turkustan.az

Chosen
3
50
turkustan.az

10Sources