Prezident İlham Əliyevi ECO-nin 17-ci Zirvə görüşünə uğurla ev sahibliyi etdiyi üçün təbrik edirəm.
Teleqraf-ın Xankəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifİqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında deyib.
Dövlət başçısı daha sonra vurğulayıb:
"Hazırkı qlobal hadisələr fonunda qarşılıqlı çətinliklər artır, iqtisadi çətinliklər yaranır. İqtisadi Əməkdaşlıq Təşkilatı ümid məkanıdır. Pakistan qardaş üzv dövlətlərlə tərəfdaşlıqdan fərəhlənir. ECO-nun yeni baxışı olduqca vacibdir. ECO-nun üzv ölkələri iqlim dəyişikliklərinin təsirinə məruz qalıblar. İqlim dəyişikiklərinə ən çox məruz qalan 10 ölkədən biriyik. 2024-cü ildəki daşqınlar Pakistan çox böyük ziyan dəydi. Fəlakət həcmli itkilər üzə çıxdı. Pakistan iqlim dəyişiklərini yönündə səyləri artırmağı təklif edir və dəstəkləyir.Biz aşağı emissiyalı dəhlizlərin yaradılmasını təklif edirik. Bundan başqa, üzv ölkələrin karbon mərkəzləri də yaradılmalıdır".