EN

ANAMA sədri Belçikanın ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov Belçika Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Julyen de Frepon ilə görüş keçirib.   

Agentlikdən Ucnoqta.az-a verilən xəbərə görə, görüş zamanı Qarabağ və Şərqi Zəngəzurda icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı barədə qonağa məlumat verilib.

Görüşdə, iki ölkə arasında mina təhlükəsi ilə mübarizə sahəsində gələcək əməkdaşlıq imkanları, minaaxtaran itlər üzrə təlim proqramlarının və təcrübə mübadiləsinin təşkili, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Chosen
9
50
ucnoqta.az

10Sources