EN

Tələbkarın əmlakı əldə etmək qaydası dəyişir

Milli Məclis tələbkarın əmlakı əldə etməsi qaydasının dəyişməsini birinci oxunuşda qəbul edib.

FED.az xəbər verir ki, bununla bağlı “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara dəyişiklik layihəsi parlamentin iyulun 4-də keçirilən növbədənkənar sessiyası üzrə növbəti iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Azərbaycanda icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlakı və rəsmi reyestrdə üzərində hüquqlar qeydiyyata alınan daşınar əmlakı “İcra haqqında” qanuna uyğun olaraq tələbkarın əldə etməsi tələbkarın yazılı müraciəti əsasında notariusun bu barədə şəhadətnamə verməsi ilə rəsmiləşdiriləcək.

Sənədə əsasən, Şəhadətnamə müvafiq əmlakı tələbkarın qəbul etməsi ilə bağlı tələbkarın iradə ifadəsini özündə əks etdirən, icra məmuru və tələbkarın imzaladığı "Elektron icra" informasiya sistemi vasitəsilə "Elektron notariat informasiya sisteminə göndərilən protokol əsasında verilir.

Həmin şəhadətnamə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır.

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Chosen
19
10
fed.az

10Sources