EN

Xankəndində öz işinə başlayan Sammit yeni bir presedentdir- ÖZƏL

"Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndində öz işinə başlayan Sammiti əslində dünya siyasətində müəllifi Müzəffər Ali Baş Komandanımız olan bir presedentin yaratdığı, növbəti presedentdir. Birinci presedent əgər BMT yaranandan üzü bəri onun Təhlükəsizlik Şurasının 5 daim üzvündən üçünün açıq şəkildə qarşı çıxmalarına rəğmən Azərbaycanın həmən qurumun qətnamələrini yerinə yetirən tək dövlət olması idisə, ikincisi, son 30 ildə terror yuvasına, ondan xeyli əvvəl, çar Rusiyasının regiona gəlişi ilə isə Qafqazda qarşıdurma ştilxanasına çevrilmiş Xankəndində  bu gün Quzey Kıprıs  liderinin Mərkəzi Asiya ölkələrinin rəhbərləri ilə birgə qatıldığı, demək, həm də türk dünyasının birliyinə, onun güc mərkəzi olaraq formalaşmasına öz töhfəsini verən sözün hər anlamında yüksək səviyyəli beynəlxalq tədbirin keçirilməsidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Bəzi böyük güclərin də yaxından və birbaşa dəstəyi ilə münaqişə rəmzi sayılan Qarabağın   necə dəyişdiyini, onu adı çəkiləndə göz önünə  indi görünməmiş quruculuq, sülhə və dayanıqlı inkişaf, beynəlxalq əməkdaşlıq, kooperasiya platforması gəldiyinii görmək çox qürurvericidir. Demək ki, dövlətin böyüklüyü torpaq ələ keçirməsi ilə yox, bu qəbildən olan addımlar nəticəsində xarabazarlığa çevrilən yerləri çox qısa müddətdə  yaşayış, turizm, təhsil  üçün  cəlbedici edə bilməsi ilə ölçülməlidir.
Elə bu Zirvə həm də onu  göstərmirmi ki, Azərbaycana imperiya stereotiplərindən yanaşanlar nə qədər yanılış yoldadırlar və etdikləri Danninq-Krüqer hipotetik effektinin bütövlükdə dövlət səviyyəsində təzahürüdür. Ona görə təzahürüdür ki, imperiya mərəzindən qurtula bilməyənlər özləri düşündükləri kimi ağıllı olsa idilər, sadəcə Özbəkistanın Bakıda yeni səfirliyinin açılışı zamanı cənab İlham Əliyevin bir xatırlatmasına diqqət yetirmələri bəs edərdi. Prezidentimiz Ulu Öndərin hələ 2001-ci ildə Özbəkistana səfirlik üçün yer ayrıdığını, 20 ildən artıq orada heç bir tikinti aparılmadığı və ora göz tikənlərin çox olduğu halda səbrlə qardaş ölkənin gəlib işə başlayacağı günün gözlənildiyini bildirdi. Ağdamda Muğam Mərkəzinin açılışındakı çıxışında da növbəti dəfə vurğuladığı kimi  Heydər Əliyev yolundan bir addım da qırağa çıxmayan, onun irsinə, qərar, istək  və nəsihətinə son dərəcə həssaslıqla yanaşan almaz iradəli  bir liderin kimlərinsə təzyiqlərinə, imperiyanı bərpa cəhdlərinə boyun əyəcəyini düşünmək mümkündürmü? Dövlət başçımız hələ SSRİ mövcudkən 1991-ci il martın 7-də Milli Məclisdə Ulu Öndərin "əgər digər respublikalar İttifaqda qalsalar belə Azərbaycan oradan çıxmalı, onlarla ikitərəfli əlaqələr qurmalıdır" sözlərini unuda bilərmi? Bu gün baş verənlər də təsdiqləyir ki, əsla!  Və bu gün baş verənlər, yəni imperiya təkəbbürü gösətərənlərinin qətiyyətlə yerlərində oturdulması əslində Heydər Əliyevin bütün risqləri öz üzərinə götürərək Mərkəzi Asiyadakı qardaşalrımızın da ölkələrinin karbohidrogen eytiyyatlarından ancaq öz milli çıxarlarına uyğun şəkildə faydalanmalarının yolunu açması və onların dünya bazarına çıxarılması üzərindəki  inhisarı darmadağın etməsinin başqa bir müstəvidə təkrarlanmasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
4
50
olaylar.az

10Sources