AZ

Müstəqillik yolunda dönüş yaradan ilk hüquqi sənəd Konstitusiyamız oldu- ÖZƏL

"Heydər Əliyevin rəhbərliyi ilə formalaşan dövlətçilik modeli həm də milli suverenliyin qorunması və möhkəmləndirilməsi məqsədlərinə əsaslanırdı. Ulu öndərin beynəlxalq hüquqa söykənən, balanslaşdırılmış xarici siyasəti və regional əməkdaşlıq təşəbbüsləri Azərbaycanın müstəqil dövlət olaraq beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirdi. Eyni zamanda, "Əsrin müqaviləsi" kimi iqtisadi layihələr dövlətin iqtisadi suverenliyinin əsasını qoydu".  "Olaylar" xəbər verir ki, bunu YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov deyib: "Müstəqillik yolunda ilk ciddi və dönüş yaradan hüquqi sənəd olan Konstitusiyamız, vətəndaş cəmiyyəti quruculuğunda, hüquqi dövlət anlayışının formalaşmasında və demokratik institutların inkişafında mühüm rol oynamışdır. Bu gün də onun müddəaları cəmiyyətin sabitliyi və hüquqi təhlükəsizliyi üçün əsas təminatlardandır.
Bu möhkəm təməllər üzərində İlham Əliyev 2003-cü ildə prezident seçildikdən sonra bu siyasi xətti qorumağa və daha da inkişaf etdirməyə başladı. Onun dövründə Azərbaycan böyük iqtisadi sıçrayış etdi, sosial rifah yüksəldi, beynəlxalq nüfuz artdı və ölkədə irimiqyaslı infrastruktur layihələri həyata keçirildi. İlham Əliyev təkcə atasının irsini qorumaqla kifayətlənməyib, onu yeni çağırışlara uyğun şəkildə inkişaf etdirib. Onun rəhbərliyi ilə Azərbaycan müasir, güclü, öz sözünü deyən bir dövlətə çevrilib. Ən böyük nailiyyətlərdən biri isə ölkənin suverenliyinin tam bərpa olunmasıdır. 2020-ci ildə baş verən Vətən müharibəsi və 2023-cü ildə Qarabağda tam suverenliyin təmin olunması Azərbaycan tarixində dönüş nöqtəsi oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
14
olaylar.az

10Mənbələr