EN

Birinci Qarabağ müharibəsində itkin düşən üç şəhid Kəlbəcərdə dəfn olundu 

Birinci Qarabağ müharibəsində itkin şəhidləri Yusif Əzizov, Qafar Qarayev və Mehman Musayev Kəlbəcər rayonunda dəfn olunub.

Ölkə.az xəbər verir ki, şəhidlər Kəlbəcər şəhəri işğaldan azad olunandan sonra ilk dəfə salınan xiyabanda torpağa tapşırılıblar.

Dəfn mərasimində dövlət rəsmiləri, xüsusi nümayəndəliyin əməkdaşları, şəhidlərin ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, hər üç 1993-cü ildə Kəlbəcər rayonunun Taxtabaşı kəndi ərazisində itkin düşüblər. Onların qalıqları 2024-cü ildə həmin ərazidə tapılıb.

Chosen
1
43
olke.az

10Sources