EN

Spiker Sahibə Qafarova Aqil Abbasa: Bu zarafat polisə yaraşmır

Milli Məclisin iyulun 4-də keçirilən iclasında "Polis haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin ikinci oxunuşda müzakirəsi keçirlib.

Modern.az xəbər verir ki, müzakirə zamanı Milli Məclisin sədri Sahibə Qafarova deputat Aqil Abbasa irad tutub.

Belə ki, Aqil Abbas çıxışında deyib ki, o vaxt – keçmişdə pambıq, üzüm yığırdılar. Kolxoz sədrləri, təsərrüfat rəhbərləri evlərini 4-5 ay görə bilmirdilər – səhər saat 5-də gedib gecə saat 2-də gəlirdilər. Belə bir zarafat var idi: Oğlu görüb ki, yataq otağından bir kişi çıxdı. Arxadan bunu vurur ki, "sən kimsən, mənim anamın yataq otağından çıxırsan?”. O da qayıdıb oğluna cavab verir ki, "mən sənin atanam". Yəni o qədər üzünü görmür ki, elə bilir kənar adamdır.

Milli Məclisin sədri Sahibə Qafarova isə Aqil Abbasın bu zarafatının polisə yaraşmadığını bildirib.

Chosen
16
50
modern.az

10Sources